Şou Biznes Xəbərləri
Türkiyəli məşhur sənətçi vəfat etdi – FOTO

Türk xalq və klassik musiqi sənəti sənətçisi, "Hasretinle Yandı Gönlüm" kimi ölməz əsərlərə həyat verən sənətçi Seha Okuş vəfat edib.
İntubasiya zamanı müalicə alan sənətçinin ölümü türk musiqisində bir dövrün sonu kimi qəbul edilir.
"Dönüş", "Mahpus" (Məhbus), "Toprak Ana" (Ana Torpaq), "Açlıq" və "Kuma" (İkinci Arvad) kimi klassik filmlərdə səsləndirdiyi rollarla yadda qalan sənətçi eyni zamanda məşhur teatr aktyoru Müjdat Gezenin xalası idi.
1990-cı ildən etibarən Müjdat Gezen İncəsənət Mərkəzində Xalq Musiqisi şöbəsinin müdiri və repertuar müəllimi vəzifələrində çalışıb, bir çox gənc sənətçiyə təlim keçib.
Mənbə: https://news.milli.az/showbiz/1313243.html







