Aktual xəbərlər
Rubinyan AŞPA-nın vitse-prezidenti seçildi

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti vəzifəsinə seçilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı R. Rubinyan özünün rəsmi feysbuk səhifəsində paylaşıb.
O söyləyib ki, bu vəzifəyə Ermənistan üçün ayrılmış kvota çərçivəsində gətirilib.
Qeyd edək ki, R. Rubinyan həmçinin Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsidir.
Mənbə: https://qafqazinfo.az/news/detail/rubinyan-aspa-nin-vitse-prezidenti-secildi-496723







