Idman Xəbərləri 206
İngiltərəyə Gələn “Qarabağ”

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda İngiltərənin “Liverpul” klubu ilə qarşılaşmaq üçün İngiltərəyə çatıb.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin hava limanına enişi və futbolçuların səfərdən olan fotoları klubun rəsmi instaqram səhifəsində paylaşılıb.
Xatırladaq ki, bu görüş 29 yanvar saat 00:00-da məşhur “Enfild Roud” stadionunda başlayacaq və “Qarabağ”ın turnir cədvəlindəki mövqeyi və pley-off şansları üçün həlledici əhəmiyyət kəsb edir.
Mənbə: https://qafqazinfo.az/news/detail/qarabag-ingiltereye-catdi-fotolar-496749







