Avtomobildən küçəyə zibil atan sürücü həbsdədir

Bakıda ictimai qaydaları pozan sürücü həbsdədir.
“Qafqazinfo” üçün məlumat verən mənbəyə görə, hadisə Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 53 ünvanının qarşısında baş verib.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları ərazidə xidmət apararkən “Qazel” markalı avtomobilin sürücüsünün küçəyə zibil atdığını görüb. Polis əməkdaşı ona yaxınlaşmaqla etdiyi qanun pozuntusunu izah edib. Bu zaman sürücü 1992-ci il təvəllüdlü K.Həsənli (şərti) polis əməkdaşı ilə razılaşmayaraq mübahisə yaradıb, ictimai asayişi pozub.
Saxlanılaraq polis şöbəsinə aparılan sürücü barəsində inzibati protokol tərtib edilib.
Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə 34 yaşlı şəxsə 8 gün inzibati həbs verilib.
Mənbə: https://qafqazinfo.az/news/detail/avtomobilden-kuceye-zibil-atan-surucu-hebs-edildi-496775







