Baloğlan Əşrəfovun nəvəsi ilk dəfə televiziya efirinə çıxaraq duyğusal anlara səbəb oldu

Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun nəvəsi ilk dəfə televiziya effirinə çıxaraq duyğusal anlara səbəb olub.
Bu anlarda studiyada qonaq olan müğənni Nazənin Salayeva göz yaşlarını saxlaya bilməyib. O, Baloğlan Əşrəfovun Azərbaycan musiqisindəki əvəzsiz yerindən danışaraq, onun adının nəvəsi tərəfindən yaşadılmasının çox qürurverici olduğunu bildirib.
Veriliş boyu yaşanan emosional anlar sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb. İzləyicilər şərhlərdə mərhum sənətkarın xatirəsini ehtiramla anaraq, nəvəsinə dəstək və xoş sözlər yazıblar.
Qeyd edək ki, Baloğlan Əşrəfov 26 aprel 2021-ci ildə 69 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir. O, doğulduğu Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.
Mənbə: https://news.milli.az/showbiz/1313364.html







