Aktual xəbərlər
Arpaçay su anbarının səthi dondu – Fotolar

Sərt keçən qış fəsli və temperaturun kəskin aşağı düşməsi nəticəsində Şərur rayonunda yerləşən Arpaçay su anbarının səthi donub.
“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, su anbarının üzərində yaranan qalın buz qatı həm yerli sakinlər, həm də təbiətsevərlər üçün maraqlı və nadir görüntülər yaradıb.
Qeyd edək ki, 1977-ci ildə istismara verilmiş Arpaçay su anbarının tam həcmi 150 milyon kubmetr, faydalı tutumu isə 140 milyon kubmetrdir.






Mənbə: https://qafqazinfo.az/news/detail/arpacay-su-anbarinin-sethi-dondu-fotolar-496813







