Müğənni Kəmalə Günəşli aylıq xərcləri ilə bağlı diqqətçəkən açıqlama verib.
"Aylıq xərclərim 20 min manatı keçir. Mən çox pul xərcləyənəm, amma pulu geyimə, reklama, ora-bura. Mən pul yığmıram".
Kəmalə Günəşli vurğulayıb ki, əsas xərcləri yaradıcılığı ilə bağlıdır. Onun sözlərinə görə, hər ay iki klip çəkdirir və bu da ciddi maliyyə tələb edir:
"Ayda iki klip çəkdirirəm. Kliplərin xərci 7-8 min manat təşkil edir".
Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş maraq doğurub.
0 Comments