Qardaşım uşaqları 15 və 23 yaşındadır, bəlkə də, ikisi atasını qətlə yetirib

Xəbər verdikimiz kimi, Şəmkirdə dərədən meyiti tapılan 56 yaşlı Arif Nəbiyevin oğlu tərəfindən qətlə yetirildiyi iddia olunub.
Elbrus Nəbiyev, qətlə yetirilən qardaşının oğlunun törətdiyi iddiasını təsdiqləyib: “Rusiyada idim, eşidib gəldim. Qardaşımı balta ilə vurub kanala atıblar, meyiti isə dünən tapılıb. İki gün idi ki, axtarılırdı. Vuran adam da qaçıb, öz oğludur. İndi də axtarışdadırlar. Ailədaxili hansısa problemləri yox idi. Burada olmadığım üçün hadisənin nə üstündə törədildiyini bilmirəm. Amma eşitmişəm ki, uşaq getmək istəyirmiş, atası qoymurmuş. Digər qardaşı da gəlibmiş. Qardaşım uşaqlarının birinin 15, digərinin isə 23 yaşı var. Bəlkə də, ikisi atasını qətlə yetiriblər, dəqiq bilinmir. Gəncə-İstanbul-Moskva reysi ilə də gediblər.”







