Onunda özünəməxsus oyun üslubu var

“Dominik Soboslay meydanın hər yerində təhlükə yaranın futbolçusudur. Onun özünəməxsus oyun üslubu var” deyə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi UEFA Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda “Liverpul”la keçiriləcək qarşılaşmadan öncə baş tutan mətbuat konfransı zamanı söyləyib.
O, Mersisayd təmsilçisinin heyətindəki əsas oyunçulardan danışanda:
“Florian Virts də ona bənzəyir. Əlbət ki, bu tərəfdən isə Məhmməd Salah. Onların çox cəlbedici heyətləri var. Bu komandaya qarşı oynamaq çox xoşdur. Əlbəttə ki, bizim bütün oyunçularımız müdafiə olunmağı bacarmalıdır. Onların ustalıqlarına görə daha diqqətli olmalıdırlar. Hücum xəttindəki bütün oyunçuların ustalıq səviyyəsi yuxarıdır. Əvvəl də demişdim ki, bizim burdaya bürən komandalara qarşı öz oyunumuzu meydanda göstərməyə çalışmalıyıq ki, gələcək üçün öz potensialımızı bilirik.”
Mənbə: https://qafqazinfo.az/news/detail/onun-ozunemexsus-oyun-terzi-var-496886







