“Benfika”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Qarabağ”a məğlubiyyəti yada salıb.

“Qafqazinfo” xəbər verir ki, o, həmin matçın komandanın bugünkü pley-off şanslarının azalmasına təsir etdiyi bildirib. 

Məşhur mütəxəssis bu gecə “Real”a qarşı keçirəcəkləri ÇL oyunundan əvvəl bu barədə danışıb: “Pley-off şanslarımızın az olmasında ilk turdakı məğlubiyyətin (“Benfika” ilk turda evdə “Qarabağ”a 2:3 hesabı ilə uduzmuşdu) rolu böyükdür.

Onu qazansaydıq, indi daha çox xalımız var idi. Düzdür, burda “Bayer”ə (Leverkuzen) məğlubiyyətin də rolu var. Amma ev matçlarında qalib gəlməli idik”.

Mənbə: https://qafqazinfo.az/news/detail/mourinyo-qarabaga-meglubiyyeti-xatirladi-496916

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *