“Dəyişikliklər Uşaqlara Qarşı Zorakılıqla Mübarizəyə Xidmət Edəcək” » DaylyAz
Politika

“Dəyişikliklər uşaqlara qarşı zorakılıqla mübarizəyə xidmət edəcək”

“Ombudsman tərəfindən qanun layihəsi təhlil edilərkən erkən evlilik, uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ, şərəf və ləyaqətinin müdafiəsi hüququ, fərdiliyinin qorunması hüququ, sosial müdafiəsi, uşaq alverinin, pornoqrafiyasının, istismarının qadağan edilməsi, əcnəbi və vətəndaşlığı olmayan uşaqların hüquqları, uşağa qarşı zorakılıq anlayışı, uşaqların repatriasiyası, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizminə və digər məsələlərə dair təkliflər verilmiş və həmin təkliflər layihə sənədində öz əksini tapıb”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında yeni – “Uşaq hüquqları” haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Qanun layihəsində uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi, əlaqələndirmə, nəzarət və monitorinqin həyata keçirilməsi, bu sahədə qurumların, o cümlədən Ombudsmanın vəzifə və səlahiyyətlərinin müəyyən edilməsi uşaq hüquqlarını müdafiəsi və beynəlxalq normalara uyğunluğu baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edim ki, Ombudsmanın illik məruzələrində  uşaqlarla əlaqədar məsələlərdə psixoloqun iştirakına dair qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Əks olunan dəyişikliklər uşaqlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı onların üstün mənafelərinin nəzərə alınmasına, onlara qarşı zorakılıqla mübarizənin təkmilləşdirilməsinə xidmət edəcək”, – Ombudsman bildirib.

Mənbə: https://qafqazinfo.az/news/detail/deyisiklikler-usaqlara-qarsi-zorakiliqla-mubarizeye-xidmet-edecek-496937

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button