DİN-ın xəbəri ilə “Hüquqşünas” həbs olunub

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qəmbərli bu gün “Qafqazinfo”ya bildirdi ki, vətəndaşların müraciətləri əsasında Yasamal Rayon Polis İdarəsində aparılan istintaq tədbirləri nəticəsində özünü sosial mediada hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva saxlanılıb.
Səbiyyə Panəliyeva, təxminən 145 zərərçəkmiş şəxsin ümumilikdə 449 916 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi ilə əlaqədar Cinayət Məcələsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq zamanı görülən tədbirlərlə vurulan maddi ziyanın 381 529 manatının ödənilməsi təmin olunub. Qanunsuz əməllərindən zərər çəkən digər şəxslər də aidiyyəti üzrə istintaqa müraciət edə bilərlər.
Mənbə: https://qafqazinfo.az/news/detail/huquqsunas-hebs-olundu-yarim-milyona-yaxin-deleduzluq-edib-496960







