“Tarqovu”da Hotellərdən Birində Həlak Olan şəxs Diaspor Rəhbəri Olub » DaylyAz
Kriminal

“Tarqovu”da hotellərdən birində həlak olan şəxs diaspor rəhbəri olub

Xəbərləri yaydığımız kimi, Bakının mərkəzində yerləşən bir hotellərin birində meyit aşkarlanıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ölən şəxs Rusiya Federasiyasının Krasnodar əyalətində fəaliyyət göstərən diaspor rəhbəri Camil Əliyevdir.

Ailə üzvlərindən bildirilib ki, mərhum həmin bölgədə vəkillik fəaliyyəti ilə də məşğul olub: “Son vaxtlar işlə bağlı tez-tez Azərbaycana səfər edirdi. Sonuncu səfəri zamanı isə Bakının “Tarqovu” ərazisindəki hotellərdən birində ürək çatışmazlığından vəfat edib”

Xatırladaq ki, Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Camil Paşa oğlu Əliyevin meyiti “Tarqovu” məhəllə adlanan ərazidə Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/tarqovuda-hotelde-olen-sexs-diaspor-rehberi-imis-foto-497015

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button