Idman Xəbərləri 206
Bəhlul Çin klubuna keçməyə nəzarisəm?

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin adının Çin klubu ilə əlaqədar hallanmasına münasibət bildirib. O, “Qafqazinfo”-nun xəbər verdiyinə görə, rəsmi təklif almadığını deyib.
“Hələ ki rəsmi təklif yoxdur. İndidən bu barədə nəsə demək düzgün olmaz”, – futbolçu söyləyib. Bir müddətdir müdafiəçinin Çin klubundan təklif aldığı barədə xəbərlər yayılıb. Hətta futbolçunun özünün Asiyalılarla anlaşdığı, keçid üçün isə yalnız klubun razılığının qaldığı bildirilib.
Mənbə: https://qafqazinfo.az/news/detail/behlul-cin-klubuna-kecir-video-497081








