Kriminal
Qumar oyunlarına görə 428 internet resursu giriş məhdudlaşdırılıb

<pÖtən il ərzində vətəndaşlar, hüquqi şəxslər və dövlət qurumlarından daxil olan müraciətlər, eləcə də aparılan monitorinqlər əsasında qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi 429 internet informasiya ehtiyatına məhkəmə qətnaməsi əsasında Azərbaycanda girişin məhdudlaşdırılıb.
Bu barədə “Qafqazinfo”ya Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.
Bildirilib ki, girişin məhdudlaşdırıldığı internet informasiya ehtiyatlarının 428-i qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştirak təhrik edən məlumatların yayılması, 1-i isə əqli mülkiyyət hüquqlarını pozan məlumatların yerləşdirilməsi ilə bağlı olub.
ETX vətəndaşları və hüquqi şəxsləri internet mühitində qanunvericiliyin tələblərinə əməl etməyə çağırmışdır.







