Turşudan zəhərlənmiş Elşən Şöyübov 22 gün sonra vəfat edib

“Qafqazinfo” xəbər verir ki, Yeni İliçi Qazax rayonunun Qaymaqlı kəndində baş verib.
Şöyübovlar ailəsi bayram günü yedikləri pomidor turşusundan zəhərləniblər. Ailənin iki övladı müalicə alaraq sağalığıb. E.Şöyübovun vəziyyəti ağır olduğuna görə Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Kliniki Tibbi Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, E.Şöyübov bu il yanvarın 1-də turşudan zəhərlənmə şübhəsi ilə Toksikologiya şöbəsinə hospitalizasiya olunub:
“Pasiyentə zəruri tibbi xidmətlər göstərilib, aparılan müayinələrin nəticələrinə əsasən ona botulizm diaqnozu təyin edilib. Pasiyent ağır vəziyyətdə 22 gün reanimasiya şöbəsində müalicə alıb, daha sonra ailə üzvlərinin könüllü müraciəti əsasında özəl klinikaya köçürülüb”.
Mənbə: https://qafqazinfo.az/news/detail/yeni-ilde-tursudan-zeherlenmisdi-22-gun-sonra-oldu-497216







