Sabiq nazirə artıq pensiya qaytarılacaq

Azərbaycanın sabiq sənaye-energetika naziri, “AzərKimya” Dövlət Şirkətinin prezidenti və Milli Məclisin III çağırış deputatı olmuş akademik Məcid Kərimov Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.
Akademik Məcid Kərimovun narahatlığı ondan ibarət ki, ona pensiyanın azaldılmasından narazıdır. DSMF tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, Məcid Kərimova deputat fəaliyyəti ilə bağlı 4226 manat pensiya ödənilib.
Lakin təkrar hesablamadan sonra məlum olub ki, onun fəaliyyəti tam səlahiyyət müddətini əhatə etmədi. Ona görə ki, Məcid Kərimov növbədənkənar seçkilərdə seçildiyindən 4 il 5 ay 16 gün deputat olub.
Ona baxmayaraq, əvvəlki hesablamada səhvə yol verilərək ona aylıq 5858 manat köçürülməli olduğu halda, ona artıq 6631 manat pensiya ödənilib. İndi isə həmin səhv aradan qaldırılaraq artıq ödənilmiş ümumi 4226 manatın Məcid Kərimovun pensiyasından ödənilməsini qərar verilib.
Eks-nazirin vəkili isə dövlət qurumunun qərarını əsassız hesab edir. Ona görə ki, qanunvericilikdə deputat fəalıyyətinin tam və ya natamam anlayışı mövcud deyil və şəxsin deputat seçilməsi əvəzində onun natamam hesab edilməsi üçün bu əsas ola bilməz.
Məhkəmə tərəfləri dinlədikdən sonra qərarını açıqlayaraq pensiyanın yenidən hesablanılması və artıq ödənilmiş 4226 manatın büdcəyə qaytarılması qanuni hesab edilib.
Mənbə: https://qafqazinfo.az/news/detail/sabiq-nazire-artiq-pensiya-odenilibmis-indi-geri-alinir-497217







