Məhv Olunan Narkotik Vasitələrin Qiyməti 52 Milyon Manatdan Artıq Olmuşdur » DaylyAz
Kriminal

Məhv olunan narkotik vasitələrin qiyməti 52 milyon manatdan artıq olmuşdur

Yanvarın 30-u gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən çıxarılmış 858 kq 631,899 qram narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gömrük Orqanları və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Statistikaya əsasən, ümumilikdə məhv edilən müxtəlif növ narkotik vasitələri 453 kq 924,517 qr heroin, 394 kq 224,36 qr marixuana, 2 kq 245,25 qr tiryək, 5 kq 224,72 qr həşiş, 3 kq 002,052 qr, 21 139 ədəd həb və 1056 ədəd ampul psixotrop maddə, həmçinin 4 745 ədəd həb və 240 paket güclü təsir edən maddə təşkil edib.

Məhv edilən narkotik vasitələrin ümumi qiyməti 52 milyon manatdan artıq manatdır.

Mənbə: https://qafqazinfo.az/news/detail/52-milyon-manatliq-narkotik-mehv-edildi-foto-497249

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button