Seyhun Salmanov haqda qərar verildi – “Qurtuluş” olmadı

“Qurtuluş” Reabilitasiya Mərkəzinin adam oğurluğu, qanunsuz azadlıqdan məhrum etmə, əzab vermə cinayətlərində ittiham olunan rəhbəri Seyhun Salmanov və iki əməkdaşı məhkəməyə çıxarılıb.
“Kafkasiya info”nun məlumatına görə, prokurorluğun təqdimatına Sumqayıt Şəhər Məhkəməsində baxılıb.
Məhkəmə istintaq orqanının ilkin sübutalarını əsaslı hesab edib.
Qərara əsasən, mərkəzin rəhbəri Seyhun Bayramov ilə işçiləri – Elşad Məhərrəmov və Natiq Əliyev barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi orada müalicə alan Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə məşhurlaşıb, lakin sonradan jurnalist oradan qaçıb. Həmin dövrərdə mərkəzdəki qanun pozuntuları ilə bağlı prokurorluğa məlumat daxil olub.
Sözügedən mərkəzin pasiyentlər üzərindən reklam aparması ilə bağlı əvvəllər də saytda yazı dərc etmişdik.
Mənbə: https://qafqazinfo.az/news/detail/ceyhun-salmanov-haqda-qerar-verildi-qurtulus-olmadi-497232







