Date:

Erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

“Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Armen Feroyan məlumat verib.

Belə ki, onun barəsində həbs qətimkan tədbiri olaraq ev dustaqlığı və zaminə buraxılma qətimkan tədbiri seçilib. Bundan əlavə, Karapetyana girov da tətbiq edilib.

Xatırladaq ki, iyunun 18-də hüquq-mühafizə orqanları Samvel Karapetyanı saxlamış, daha sonra məhkəmədə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış ittihamı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi. İttiham onun kütləvi çıxışında “siyasətçilər bu işi yerinə yetirə bilməsələr, biz öz tərzimizlə müdaxilə edəcəyik” deməsi ilə əsaslandırılıb.

Qeyd edək ki, S. Karapetyan 4.5 milyard dollar sərvətə malikdir. O, Rusiyada sənaye və tikinti korporasiyası olan “Tashir” qrupun qurucusudur.

Mənbə: https://qafqazinfo.az/news/detail/karapetyan-ev-dustaqligina-buraxilacaq-493951

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

Əks-sözlərinə müsahibə: “Qurban müəllimə bu mövzuda zarafat edirəm”

“Hər zaman bu mövzuda Qurban müəllimə zarafat edirəm”. “Qafqazinfo” xəbər...

Səfirdən azərbaycanca maraqlı təbrik – Video

İsrailin ölkəmizdəki səfiri Ronen Kraus Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü...

Türkiyə ilə bu sahədə əlavə protokol təsdiqləndi

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə...

Bu il Azərbaycanın siyasi həyatında nələrlə yadda qaldı? – Video

Cari il Azərbaycan üçün mühüm siyasi hadisələrlə yadda qaldı. “Qafqazinfo”...