Binəqədi rayonunda Xalq artistinin oğluna hücum – FOTO

Azərbaycanın məşhur Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın 1981-ci il təvəllüdlü oğulları Artur Balıyev Binəqədi rayonunda bir qrup şəxsin hücumuna məruz qalıb.
O bildirib ki, hadisə dünən axşam saatlarında Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində baş verib:
"Axşam vaxtı tanımadığım nömrədən mənə zəng gəldi. Anamın maşınının nömrəsini deyərək, bizə məxsus olub-olmadığını soruşdu. Mən həmin yerə getdim. "Toyota" markalı avtomobilin sürücüsü 2-3 gün əvvəl anama məxsus BMW markalı maşını təkərinə sürtdüyünü dedi. Onlar 4 nəfər idi. Mən sürtünmə yerlərinə baxıb bildirdim ki, həmin hissələr bir-birinə uyğun gəlmir, çünki "Toyota"dakı cızıq yuxarıda idi, həm də anamın avtomobili 4 gündür heç sürülmürdü. Onlar əslən təkidlə və kobud formada hadisənin bizim tərəfimizdən törədildiyini deyirdilər".
A.Balıyev qeyd edib ki, digər avtomobildəki yüngül zədənin onlara məxsus avtomobil tərəfindən törədilməməsini sübut edəndən sonra qarşı tərəf aqressivləşib və ona hücum edib:
"Onlar söyüşlə danışmağa başladılar və mənə hücum edib zərbələr endirdilər. Başımda, üzümdə, bədənimdə çoxlu xəsarətlər mövcuddur, xəstəxanaya yerləşdirilmişəm. Həm də hadisə barədə polisə məlumat vermişəm. Ərazi üzrə Binəqədi Rayonu Polis İdarəsinin 5-ci Polis Şöbəsində araşdırma aparılır".
Mənbə: https://news.milli.az/showbiz/1314059.html







