Ağdamda Kişi Həyat Yoldaşını Balta Ilə Yaraladı » DaylyAz
Kriminal

Ağdamda kişi həyat yoldaşını balta ilə yaraladı

Ağdam rayonunda ailə-məişət zəminində ağır cinayət hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Ceyhun Ağali oğlu Salahov həyat yoldaşı Gülzəndə Abbas qızı Salohovaya balta ilə çoxsaylı xəsarətlər yetirib.

Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/agdamda-kisi-heyat-yoldasini-balta-ile-yaraladi-497310

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button