“Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon söhbəti zamanı bildirib.

Dövlət başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Prezident Məsud Pezeşkian öz tərəfindən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Mənbə: https://qafqazinfo.az/news/detail/azerbaycan-gerginliyin-aradan-qaldirilmasina-tohfe-vermeye-hazirdir-497360

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *