İranın cənubundakı Buşehr vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, Tehran Universitetinin Seysmoloji Mərkəzi zəlzələnin episentrinin Assaluye bölgəsində olduğunu bildirib.

Yeraltı təkanlar yerli vaxtla saat 08:41-də qeydə alınıb.

Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Hələlik tələfat və dağıntılar barədə məlumat verilmir.

Mənbə: https://qafqazinfo.az/news/detail/iranda-guclu-zelzele-oldu-497377

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *