Idman Xəbərləri 206
“Qarabağ”ın keçmiş rəqibini indiki rəqibi darmadağın edir

İngiltərə Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
“Kafkas Xəbərləri” müxbiri bildirir ki, “Liverpul” doğma meydanda “Nyukasl”la üz-üzə gəlib.
Arne Slotun komandası rəqibini darmadağın edib – 4:1. Mersisaydlıların qollarını Uqo Etkitike (41,43), Florian Virtz (67), Konate (90+3) vurub. “Nyukasl”dan isə Qordon fərqlənib.
Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”la rəqib olub və təmsilçimizə 6:0 hesabı ilə qalib gəlib. “Nyukasl” isə ÇL-in pley-off mərhələsində “Qarabağ”ın keçmiş rəqibidir.








