Idman Xəbərləri 206
“Neftçi”nin 1030 günlük qərarsızlıqdan sonra böyük qələbəsini qazanması

Misli Premyer Liqasının XVIII turunda “Araz-Naxçıvanla” qarşılaşan “Neftçi” mövsümdə ilk dəfə səfərdə böyük hesablı qələbə qazanıb.
“Qafqazinfo” xəbər verir ki, paytaxt təmsilçisi rəqib meydanında 4:0 hesabında qalib gedib.
“Ağ-qaralar” sonuncu dəfə belə nəticəyə 2023/24 mövsümündə imza atmışdı. Bunu 624 gün gözləyən Bakı klubu 2024-cü il mayın 18-də “Səbail”in meydanında 3 cavabsız qola sevinib.
“Neftçi”nin səfərdəki 4 və ya daha çox top fərqli qələbəsi isə 2022/23 mövsümündə qeydə alınmışdı. “Liv Bona Dea”dakı uğurdan 1030 gün əvvəl – 2023-cü il aprelin 8-də “Sumqayıt” qonaqların 4 cavabsız qoluna üzülüb.
Mənbə: https://qafqazinfo.az/news/detail/neftcinin-1030-gun-gozlediyi-qelebe-497449








