Nüşabə Ailə Faciəsini Xatırlayaraq Hönkür-Hönkür AĞLADI - VİDEO » DaylyAz
Şou Biznes Xəbərləri

Nüşabə Ailə Faciəsini Xatırlayaraq Hönkür-Hönkür AĞLADI – VİDEO

Müğənni Nüşabə Musayeva "Rəngarəng" verilişində yaşadığı ağır ailə faciəsini xatırlayaraq göz yaşlarına boğulub.

Onun sözlərinə görə, həmin faciə ilə sanki 15 yaşında həyatdan qopub:

"O yaşımı heç xatırlamaq istəmirəm. Elə bil 15 yaşımda ölmüşəm. Avtomobil qəzasında anamı, bacımı, qardaşımı və əmioğlumu gözlərimin önündə itirdim. Əmioğlumun toyundan qayıdırdıq, hamımız şən idik, gülə-gülə gəlirdik. Yalnız bir an yadımda qalıb ki, atama 'yavaş sür' dedim. Ondan sonrasını xatırlamıram", – deyə Musayeva bildirib.

Müğənni əlavə edib ki, ayılanda ona yalnız bir nəfərin sağ qaldığını deyiblər. Hadisə zamanı kiçik qardaşının cəmi 8 yaşı olub. Hər kəs toplaşmışdı, şok vəziyyətində idim, nə baş verdiyini anlamırdım. 10 yaşında qardaşım ayağımın yanında can verdi. Onun çıxardığı səsi heç vaxt unuda bilmirəm", – deyə sənətçi hönkür-hönkür ağlayaraq danışıb.

Nüşabə Musayeva bu cür ağır xatirələri indiyə dək övladlarının yanında dilə gətirmədiyini də qeyd edib. Onun səmimi etirafları verilişdə kövrək və təsirli anlara səbəb olub.

Mənbə: https://news.milli.az/showbiz/1314290.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button