Şəfahət İmranov Vəzifəsindən Azad Edildi - Abşerona Prokuror Göndərildi » DaylyAz
Politika

Şəfahət İmranov vəzifəsindən azad edildi – Abşerona prokuror göndərildi

Respublika hərbi prokurorunun müavini – ədliyyə general-mayoru Şəfahət İmranov vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

17 ildir respublika hərbi prokurorunun müavini işləyən Ş.İmranov Abşeron rayonunun prokuroru təyin olunub.

Qeyd edək ki, baş prokuror Kamran Əliyev bundan əvvəl Tərtərin mülki və hərbi prokurorlarını da dəyişib.

Mənbə: https://qafqazinfo.az/news/detail/sefahet-imranov-vezifesinden-azad-edildi-abserona-prokuror-gonderildi-497222

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button