Sərnişinə Xuliqanlıq Təklifləri Etdiyi üçün Həbs Olunan Taksi Sürücüsü » DaylyAz
Kriminal

Sərnişinə xuliqanlıq təklifləri etdiyi üçün həbs olunan taksi sürücüsü

Sərnişinə qarşı xuliqanlıq hərəkətləri etmiş taksi sürücüsü həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Saatlı rayonu ərazisində qeydə alınıb.

Saatlı Rayon Polis Şöbəsinə müraciət edən xanım şikayətçi evə getmək üçün əyləşdiyi taksinin sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini deyib.

Şikayətlə bağlı araşdırmalar aparılıb və 23 yaşlı sürücü O.Məhərrəmov saxlanılaraq polis şöbəsinə aparılıb.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə O.Məhərrəmov inzibati qaydada 8 sutka həbs edilib.

Mənbə: https://qafqazinfo.az/news/detail/sernisine-exlaqsiz-teklifler-etdi-hebs-olundu-497496

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button