“Fənərbaxça” Istəyirdi, “Atletiko”ya Getdi » DaylyAz
Idman Xəbərləri 206

“Fənərbaxça” istəyirdi, “Atletiko”ya getdi

İspaniyanın “Atletiko” (Madrid) klubu İtaliya “Atalanta”sının hücumçusu Ademola Lukmanın transferini rəsmiləşdirib.

“Qafqazinfo” Madrid təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında 2030-cu ilə qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.

Bu keçid “Atletiko”ya 35 milyon avrosu sabit ödəniş, 5 milyon avrosu isə bonuslar olmaqla, ümumilikdə 40 milyon avroya başa gəlib.

Qeyd edək ki, 28 yaşlı nigeriyalı futbolçu 2022-ci ildən “Atalanta”da çıxış edirdi. O, Berqamo təmsilçisinin heyətində keçirdiyi 137 oyunda 55 qol və 27 məhsuldar ötürmə ilə yadda qalıb.

Məlumat üçün bildirək ki, Lukman xüsusilə 2024-cü ilin Avropa Liqasının finalında Leverkuzen “Bayer”inə vurduğu het-triklə komandasına tarixi çempionluq qazandırmışdı. Futbolçunun transferi üçün Türkiyənin “Fənərbaxça” klubu da ciddi cəhd göstərsə də, Lukman karyerasını La Liqada davam etdirməyə üstünlük verib.

Mənbə: https://qafqazinfo.az/news/detail/fenerbaxca-isteyirdi-atletikoya-getdi-497542

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button