Bəzi məlumatlara əsasən, Qafqazinfo xəbər verir ki, Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Bu hadisə şəhərin ərazisində qeydə alınıb. Belə ki, Bərdə şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Aparılan əməliyyat nəticəsində vəziyyətinin orta-ağır olduğu bildirilir. Bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun futbolçusudur və “Turan Tovuz” futbol klubundan transfer olunub. Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/kepezin-futbolcusu-bicaqlandi-497559
0 Comments