Şou Biznes Xəbərləri
“Simpsonlar”dakı qaranlıq iz – 26 il əvvəl gizli mesaj – FOTO

"Simpsonlar" serialı bu dəfə sosial mediada mütləq müzakirə mövzusuna çevrilib.
Sözügedən səhnədə ekranda qısa müddətə belə bir xəbərdarlıq mesajı görünür: "Diqqət: Bir adadakı bəzi qorxunc məxluqlar gizlicə dünyaya hökmranlıq edir".
Bu ifadə son illərdə adı cinsi istismar şəbəkəsi, gizli elit görüşlər və şəxsi ada qalmaqalları ilə hallanan Ceffri Epşteynlə əlaqələndirilərək "Simpsonlar yenə də proqnozlaşdırdı?" sualını gündəmə gətirib.
Yeni sənədlər şahid ifadələri və sızdırıldığı iddia edilən materiallardan sonra Epşteyn işi yenidən qlobal gündəmin ön sıralarına yüksəlib. Sosial media platformalarında Epşteynin siyasətçilər, iş adamları və məşhurlarla əlaqələri müzakirə olunur.
Mənbə: https://news.milli.az/showbiz/1314437.html







