“Nyukasl”ın kapitanı Camal Lassels ilə yollarını ayıran İngiltərə futbolu klubu Nyukasl Nyuksaunl klubunun rəsmi saytı məlumat yayıb.
32 yaşlı mərkəz müdafiəçisi Lassels “Lester”ə transfer olunub.
Lassels 2014-cü ildən Nyukasl klubunda çıxış edirdi. İngiltərəli futbolçu bu mövsüm komandanın heyətində 2 oyunda meydana çıxıb.
Qeyd edək ki, Nyukasl UEFA Çempionlar Liqasının pley-off mərhələsində Qarabağın rəqibidir. Komandalar arasındakı ilk oyun fevralın 18-də Bakıda keçiriləcək. Cavab matçı isə 6 gün sonra İngiltərədə baş tutacaq.
Mənbə: https://qafqazinfo.az/news/detail/qarabagin-reqibi-kapitanini-gonderdi-497619
0 Comments