Aysun Qardaşının Ilk Dəfə FOTOları Yayımlandı - Ona Cavabı MÜZAKİRƏ YARATDI » DaylyAz
Şou Biznes Xəbərləri

Aysun qardaşının ilk dəfə FOTOları yayımlandı – ona cavabı MÜZAKİRƏ YARATDI

Müğənni Aysun İsmayılovanın ailəsi ilə bağlı açıqlamalar ictimaiyyətdə geniş rezonans doğurub.

Bu açıqlamalara Aysun İsmayılovanın cavabı isə xüsusilə müzakirələrə səbəb olub. Müğənni verdiyi açıqlamada indiyə qədər ailə üzvlərindən yetərli dəstək görmədiyini vurğulayıb:

"Bu vaxta qədər heç bir yaxşı-pis günümün yanında olmadınız. Öz ayaqlarım üzərində dayanmağı öyrənmişəm, hər bir işimi özüm görmüşəm. Bundan sonra da yanımda olmayın. Ən çətin günlərimdə harada idiniz?" – deyə o bildirib.

Aysun əlavə edib ki, ehtiyac yaranarsa, kömək etməyə çalışar, lakin formal və saxta münasibətlərə ehtiyac duymur. Müğənni sonda ailə üzvlərinə xoş arzularını çatdırıb:

"Bacı-qardaşlarımın hər birinə xeyirli günlər nəsib olsun. Mənim yaşadığım taleyi yaşamasınlar, atalı böyüsünlər".

Aysun İsmayılovanın bu səmimi və açıq etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, izləyicilər arasında birmənalı qarşılanmayıb.

Mənbə: https://news.milli.az/showbiz/1314547.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button