“Fənərbaxça” Nqolo Kanteni Transfer Etdi » DaylyAz
Idman Xəbərləri 206

“Fənərbaxça” Nqolo Kanteni transfer etdi

“Qafqazinfo”nun xəbərinə görə, “Fənərbaxça” fransız futbolçu Nqolo Kantenin transferini rəsmi şəkildə başa vurub. Istanbul klubu ulduz yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzaladığını və futbolçunun lisenziyasını qeydiyyata aldığını açıqlayıb.

Transferin rəsmiləşdirilməsindən sonra Kantenin əvvəlki klubu ilə yollar ayrılıb və futbolçunun yaxın saatlarda İstanbula gələcəyi bildirilib. Daha əvvəl sənəd problemləri səbəbindən gecikən transfer bütün prosedurlar tamamlandıqdan sonra yekunlaşıb.

Beləliklə, “Fənərbaxça” uzun müddətdir gündəmində olan Nqolo Kantenin transferində istədiyinə nail olub və heyətini dünya səviyyəli bir futbolçu ilə gücləndirib. Qeyd edək ki, əslən Malidən olan futbolçu Fransa millisində və 2023-cü ildən “Əl-İttihad”da forma geyinib. O, bundan əvvəl “Çelsi”nin şərəfini qoruyub.

Mənbə: https://qafqazinfo.az/news/detail/fenerbaxca-kanteni-transfer-etdi-497676

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button