Azərbaycan Kuboku 1/4 Finalında Yarışlar Başlayır

Qafqazinfo xəbər verir ki, bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsi start götürəcək. 1-ci oyun günündə 2 matç nəzərdə tutulub.
Əvvəlcə “Sumqayıt” “Zirə”ni qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq. Gənclər şəhərinin təmsilçisi 1/8 finalda “Difai”ni, “Zirə” “Neftçi”ni mübarizədən kənarlaşdırıb.
Digər matçda isə “Sabah” evdə “Qəbələ” ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:30-da start götürəcək.
Qeyd edək ki, “Sumqayıt”la “Zirə” və “Sabah”la “Qəbələ” arasındakı 1/4 finalın cavab oyunları martın 3-nə nəzərdə tutulub.
Azərbaycan Kuboku, 1/4 final, ilk oyunlar
17:00. “Sumqayıt” – “Zirə”;
Hakim: Cavid Cəlilov;
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
19:30. “Sabah” – “Qəbələ”
Hakim: Fərid Hacıyev;
“Bank Respublika Arena”.
Mənbə: https://qafqazinfo.az/news/detail/azerbaycan-kubokunda-14-final-baslayir-497686








