Mərdan Kazımovla Ailə Qurandan Nəzrinin Anası Danışır » DaylyAz
Şou Biznes Xəbərləri

Mərdan Kazımovla ailə qurandan Nəzrinin anası danışır

"Arzularımı bir-bir yazmışam. Mənə çox ritual deyirlər: onu belə et, bunu yaz. Amma yazıram, yaddan çıxmasın. Balalarımın sadiq olsun, sənətim üçün dualarım var".

"Övladlarım haqda danışmağı sevmirəm. Qızımdan da danışmayaq. Nəzrin sosial şəbəkədə məşhur olduğu üçün onun haqda danışaram. Hər zaman deyirdim ki, övladlarımın bu sənətə gəlməyini istəmirəm. Heç səs istedadları da olmamalı. Nəzrinin rəssamlığa meyli var idi, amma çalışdım onu səhnədən qoruyum. Onlara elə savad verdim ki… Oğlumu xaricə göndərdim ki, burada tanınınsın. Amma alınlara tanınmaq yazılırsa, olacaq. Kiçik olanda çəkilişə icazə vermirdilər. Həyat yoldaşıma isə işinə görə efirə çıxmaq olmazdı. İndi hamısı hər yerə çəkilir. Deyirəm, məni tək qoyurdunuz, indi nə oldu?".

M.Eyubova bloger qızı Nəzrinin müğənni Mərdan Kazımovla ailə qurmasından danışıb:

"Nəzrin bizdə gec ailə qurdu. Uşaq vaxtından evdə toy-bayram idi: ana, tələbələr oxuyur. Bayram azab-axmərlə ailədə böyüyüb. Kim gəlirdi, onu bəyənmirdi. Deyirdi ki, sönükdir, necə onunla ailə qura bilərəm? Allah Mərdanı ona qismət etdi. Dedim, get, ömürboyu oxu, oyna. Mərdan müğənnidir, əgər Nəzinlə evlənibsə, deməli, onun xasiyyəti yaxşıdır, Bütün keyfiyyətlərin hamısı onda var. Əsl kişi xasiyyətli adamdır".

Qeyd edək ki, M.Eyubovanın 4 övladı var. (Axşam.az)

Mənbə: https://news.milli.az/showbiz/1314741.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button