Kriminal
“İdrak” Liseyində şagird müəllimi güllələdi – Yenilənib

Bakıdakı “İdrak” Liseyində silahlı hadisə baş verib.
“Qafqazinfo” Unikal-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki təhsil müəssisəsində qeydə alınıb.
Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.
Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.
Liseyin rəhbəri Mönsüm Alışov “Unikal”a açıqlamasında hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib:
“Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”, – deyə o əlavə edib.
BƏLƏTLƏ: “İdrak” Liseyində şagird müəllimi güllələdi- yenilənib
Mənbə: https://qafqazinfo.az/news/detail/idrak-liseyinde-sagird-muellimi-gulleledi-yenilenib-497937







