Müəllimi Atasının Silahı Ilə Vuruşan şagird Saxlanıldı » DaylyAz
Kriminal

Müəllimi atasının silahı ilə vuruşan şagird saxlanıldı

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib.

Qeyd edilib ki, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada işləyən qadın müəllim Ş.K.-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş. saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/muellimi-atasinin-silahi-ile-vurubmus-polis-hemin-sagirdi-saxladi-497941

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button