Idman Xəbərləri 206
Beşiktaş İtaliyanın “Roma” klubunundan gələn futbolçu ilə müqavilə imzaladı

Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni qapıçı cəlb edib.
“Qafqazinfo”xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi İtaliyanın “Roma” komandasına məxsus olan Devis Vaskes cari mövsümün sonunadək icarəyə götürüb.
“Beşiktaş” 27 yaşlı kolumbiyalı futbolçunu almaq hüququna da malikdir.
Qeyd edək ki, Devis Vaskes 2025-ci ilin yayında “Roma”ya keçib.
Mənbə: https://qafqazinfo.az/news/detail/besiktas-romanin-futbolcusunu-transfer-etdi-498056








