Cüdoçularımız Mübarizəyə Başlayır » DaylyAz
Idman Xəbərləri 206

Cüdoçularımız mübarizəyə başlayır

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində bu gün mübarizəyə başlayacaqlar.

“Qafqazinfo” xəbər verir ki, ilk yarış günündə üç idmançı tatamiyə çıxacaq.

Balabəy Ağayev (60 kq) 1/16 final mərhələsində Kim Hvasu (Cənubi Koreya) – Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Nazir Talıbov eyni raundda Migel Qaqo (Portuqaliya) – Erbol Abasbekov (Qırğızıstan), Ruslan Paşayev (hər ikisi 66 kq) Yusuf Nurkoviç (Monteneqro) – Bence Ponqrats (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

Mənbə: https://qafqazinfo.az/news/detail/cudocularimiz-mubarizeye-baslayir-498073

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button