“Neftçi”- “Qarabağ” Oyununun Təxirə Salınmasına əsasnamə Nə Deyir? » DaylyAz
Idman Xəbərləri 206

“Neftçi”- “Qarabağ” oyununun təxirə salınmasına əsasnamə nə deyir?

Bir neçə gündür ki, istər mediada, istərsə də sosial şəbəkələrdə “Neftçi”- “Qarabağ” oyununun təxirə salınması ilə bağlı müzakirələr gedir. Belə ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün PFL-ə müraciəti “Neftçi” tərəfindən qəbul edilməyib.

“Qafqazinfo” xəbər verir ki, “Neftçi” klubunun “Qarabağı”ın təklifinə yox deməsi müəyyən etirazlara səbəb olub.

Həmçinin, PFL-in əsasnaməsində də matçların təxirə salınması ilə bağlı maddələrin olması qabardılır. Amma PFL-in əsasnaməsində bu məsələ ilə bağlı müəyyən bəndlər yer alıb.

Belə ki, matç əgər bir gün təxirə salınırsa, buna heç bir tərəf etiraz edə bilməz. Yox, əgər matçın vaxtı qeyri-müəyyən müddətə dəyişirsə, bu zaman hər iki tərəfin razılığı olmalıdır.

PFL-in əsasnaməsindəki həmin maddələri sizə təqdim edirik:

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” görüşü fevralın 21-i saat 19:00-da keçiriləcək. 

Çempionlar Liqasının pley-offunun cavab görüşü çərçivəsindəki “Nyukasl” – “Qarabağ” görüşü isə fevralın 24-dən 25-nə keçən gecə 00:00-da oynanılacaq.

Mənbə: https://qafqazinfo.az/news/detail/neftci-qarabag-oyununun-texire-salinmasina-esasname-ne-deyir-498100

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button