“Sabah” Və “Araz-Naxçıvan” “Bank Respublika Arenada”, “Zirə” Və “Sumqayıt” Mehdi Hüseynzadə Adına Stadionunda » DaylyAz
Idman Xəbərləri 206

“Sabah” və “Araz-Naxçıvan” “Bank Respublika Arenada”, “Zirə” və “Sumqayıt” Mehdi Hüseynzadə adına stadionunda

Futbol üzrə Misli Premyer Liqasında günorta XIX tura start verilməcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

<p“Açılış matçında “Sabah” doğma meydanda “Araz-Naxçıvan”ı sınağa çəkəcək. “Bank Respublika Arena”da baş tutacaq görüş saat 16:00-da başlayacaq. Meydan sahibləri hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. 27 xala malik “Araz-Naxçıvan” isə 6-cı sıradadır.

İkinci oyunda isə “Zirə” səfərdə “Sumqayıt”ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 18:30-da start götürəcək. “Kimyaçılar” hazırda 30 xalla 4-cü, “qartallar” isə 29 xalla 5-ci pillədə yer alıb.

Qeyd edək ki, turun növbəti qarşılaşmaları fevralın 9-10-da təşkil olunacaq.

Mənbə: https://qafqazinfo.az/news/detail/sabah-araz-naxcivana-zire-sumqayita-qarsi-498128

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button