Futməştərin geyimi dəyişdirib meydanda çıxardı

Hazırda Misli Premyer Liqasında keçirilən “Sumqayıt” – “Zirə” (2:2) matçında qəribə hadisə qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, “Zirə”nin heyətində iki futbolçunun geyimi azarkeşlərin diqqətindən qaçmadı.
Belə ki, komandanın müdafiəçiləri Anqe Mutsinzi və Enrike Gelain meydanda bir-birilərinin nömrələrini daşıyan şortlarla mübarizə aparıblar. Oyun zamanı Gelain Mutsinziyə məxsus 25 nömrəli, Mutsinzi isə Gelainə aid olan 5 nömrəli şortu geyinib. Futbolçuların formalarındakı nömrələrlə şortlarındakı nömrələrin uyğun gəlməməsi isə texniki xəta kimi qiymətləndirilir.
Qeyd edək ki, futbolçuların geyim dəsti və üzərindəki nömrələr protokolda qeyd edilən rəqəmlərlə üst-üstdə düşməlidir. Bu cür texniki qüsurlara görə klubların AFFA İntizam Komitəsi tərəfindən maliyyə sanksiyasına məruz qalması ehtimalı yüksəkdir.
Xatırladaq ki, “Zirə” hazırkı duruma görə, turnir cədvəlində 30 xalla 5-ci yerdə qərarlaşıb. “Sumqayıt” isə 30 xalla ilk üçlüyə düşmək uğrunda mübarizə aparır.
Mənbə: https://qafqazinfo.az/news/detail/sortlarini-deyisik-salib-oyuna-cixdilar-498158








