“Zirə” Səfərdə “Sumqayıt”ı Məğlub Etdi » DaylyAz
Idman Xəbərləri 206

“Zirə” səfərdə “Sumqayıt”ı məğlub etdi

Misli Premyer Liqasının XIX turunda keçirilən “Sumqayıt” – “Zirə” qarşılaşması qol ilə yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçın startından etibarən gərgin keçən mübarizədə hesabı 24-cü dəqiqədə “Zirə”nin hücumçusu Davit Volkov açıb. Cəmi iki dəqiqə sonra, 26-cı dəqiqədə Nikola Ninkoviç bərabərlik qolunu vursa da, 36-cı dəqiqədə Qismət Alıyev penaltidən qonaqları yenidən önə keçirib.

İkinci hissənin əvvəlində, 51-ci dəqiqədə Aleksandr Ramalinqom tarazlığı bərpa etməyi bacarıb. Lakin oyunun taleyini 88-ci dəqiqədə Giorgi Papunaşvili həll edərək “qartallar”a vacib 3 xalı qazandırıb.

Bu qələbə sayəsində xallarının sayını 32-yə çatdıran “Zirə” turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Sumqayıt” isə 30 xalla 5-ci yerdə qərarlaşıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/zire-seferde-sumqayiti-meglub-etdi-498159

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button