146 Kq At ətinin Satılmaq Niyyəti Müəyyən Olundu » DaylyAz
Kriminal

146 kq at ətinin satılmaq niyyəti müəyyən olundu

Tərtər rayonunun Buruc kəndində Cəfərov Tural əmrah oğluna məxsus tövlədə istehlaka yararsız 146,8 kq ümumi çəkisi olan sümükdən ayrılmış at əti, həmçinin 1 ədəd at başı və sümükləri aşkar edilib.

Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə məlumatında bildirilib ki, atasız at kənd sakinləri Seymur Məmmədov və Həsən Cəfərli tövləyə gətirərək, qəssab Quliyev ilə birlikdə kəsiblər. Daha sonra sümükdən ayrılan əti paketlərə qablaşdırıblar.

Həmin şəxslər at ətini mal əti adı altında satmaq məqsədilə Bakı şəhərinə göndərməyi nəzərdə tutublər. Əməliyyat nəticəsində istehlaka yararsız at ətindən nümunələr götürülərək soyuducu anbarda saxlanca yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: https://qafqazinfo.az/news/detail/146-kq-at-etini-mal-eti-adi-ile-bakida-satacaqdilar-fotolar-498193

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button