“Sabah” ötən Mövsüm Bu Nəticəyə 30-cu Turda çatmışdı, Indi 19-da » DaylyAz
Idman Xəbərləri 206

“Sabah” ötən mövsüm bu nəticəyə 30-cu turda çatmışdı, indi 19-da

“Sabah” klubu cari mövsümdə Misli Premyer Liqasında vurduğu qolların sayını 40-a çatdırıb.

“Qafqazinfo” xəbər verir ki, “bayquşlar” buna çempionatın 19-cu turunda “Araz-Naxçıvan” üzərində 4:1 hesablı qələbə qazandıqları oyunda nail olublar.

Görüşün 68-ci dəqiqəsində fərqlənən Xəyal Əliyev paytaxt təmsilçisinin mövsümdə vurduğu 40-cı qolun müəllifi olub.

Xatırladaq ki, “Sabah” ötən mövsüm Premyer Liqada ümumilikdə 50 qol vurmuşdu. Komanda çempionatı 48 xalla 5-ci pillədə başa vurmuş, 40 qola isə yalnız 30-cu turda çatmışdı.

Qeyd edək ki, “Sabah” hazırda 19 oyundan sonra 46 xalla turnir cədvəlinin vahid lideridir.

Mənbə: https://qafqazinfo.az/news/detail/sabah-oten-movsum-bu-neticeye-30-cu-turda-catmisdi-indi-19-da-498203

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button