Arda Gülərə Sərt Tənqid » DaylyAz
Idman Xəbərləri 206

Arda Gülərə Sərt Tənqid

İspaniyanın “Carrusel Deportivo” nəşrinin futbol eksperti Rafa Alkorta “Real”ın türkiyəli futbolçusu Arda Gülər haqqında sərt fikirlər səsləndirib.
“Qafqazinfo” “Fanatik”ə istinadən xəbər verir ki, o, gənc yarımmüdafiəçinin oyun tempinə təsir göstərə bilmədiyini deyib.
“Bura Türkiyə çempionatı deyil. “Real”ın səviyyəsi tamam fərqlidir. Fiziki mübarizələrdə zəifdir, hazırda Madrid təmsilçisinin əsas heyəti üçün yetərli səviyyədə deyil”, – şərhçi bildirib.
Alkorta həmçinin qeyd edib ki, futbolçu istedadlıdır, lakin bu səviyyəyə uyğunlaşmaq vaxtə qədər ehtiyacı olan adam hesab edir.
Qeyd edək ki, A.Gülər bu mövsüm “Real” forması ilə 35 oyuna çıxıb, 3 qol vurub və 12 məhsuldar ötürmə edib.

Mənbə: https://qafqazinfo.az/news/detail/bura-turkiye-cempionati-deyil-arda-gulere-sert-tenqid-498207

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button