Idman Xəbərləri 206
“Nyukasl”la oyunun səfər biletləri bu gün satışa çıxarılır

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Nyukasl”-“Qarabağ” oyununun səfər biletləri bu gün satışa çıxarılacaq.
“Qafqazinfo” qeyd edir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, meydan sahibləri azərbaycanlı azarkeşlər üçün səfər biletləri bu gün saat 15:00-da iTicket.az saytında satışa çıxarılacaq.
Qeyd edirk ki, “Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-i saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə saat 00:00-da İngiltərədə baş tutacaq.
Mənbə: https://qafqazinfo.az/news/detail/nyukaslla-oyunun-biletleri-bu-gun-satisa-cixarilir-498213








