Kriminal
Zaur Axundova cinayət işi açıldı: Böyük yeyinti

Azərbaycan Futzal Federasiyasinın (AFF) prezidenti Zaur Axundov cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, Zaur Axundov xüsusilə külli miqdarda mənimsəmədə (CM-nin 179.4) ittiham edilir.
Cinayət işi üzrə istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparır. Hələlik onunla bağlı məhkəmə qərarı yoxdur.
Qeyd edək ki, Zaur Axundovun qardaşı Ramin Axundov “Araz Naxçıvan” futbol klubunun prezidentidir. O, bir müddət əvvəl 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilib.
Mənbə: https://qafqazinfo.az/news/detail/zaur-axundova-cinayet-isi-acildi-boyuk-yeyinti-498257







